AzTehsil.com


Xəbərlər / Ekspert
18 dekabr 2017
6 293


Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi



Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi

"Cəmiyyətin seçkilərə yönələn inamsızlığı siyasi partiyalara da sirayət edir”.


Aztəhsil.com xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında ölkədə müşahidə olunan son prosesləri dəyərləndirən keçmiş TQDK-nın ilk rəhbəri Vurğun Əyyub deyib.


Onun fikrincə, son nazir əvəzləmələri, seçki qanunvericiliyinin dəyişdirilməsi təşəbbüsü və digər addımlar gözlənilən prezident seçkilərinə hazırlıq kimi qiymətləndirilə bilər:


"Maraqlıdır ki, media bu məsələləri artıq qanun qüvvəsinə minmiş məsələlər kimi təqdim edir. Növbədənkənar prezident seçkiləri məsələsi deputat Zahid Oruc tərəfindən irəli sürülmüş təklifdir. İndi deyə bilərlər ki, Zahid Orucun bu məsələdə söylədikləri onun öz sözü deyil. Ola bilər… Mən bütün bu baş verənləri 2018-ci il prezident seçkilərinə hazırlığın tərkib hissəsi kimi qiymətləndirirəm.


Təəssüf ki, ölkədə demokratik mühitin getdikcə daraldığı müşahidə olunmaqdadır. Bu da hakimiyyətin öz planlarını rahatlıqla həyata keçirtmək məqsədindən irəli gəlir. Bilirik ki, seçkilərin taleyi seçki məntəqələrindən və səslərin sayılmasından asılı olur. O baxımdan, seçkilərlə bağlı digər məqamlar hakimiyyət üçün maraqlı deyil”.


Vurğun Əyyub hazırda vakant olan təhsil naziri postuna gətiriləcək şəxsin də seçki kontekstində seçiləcəyi qənaətindədir:


"Yeni təhsil nazirinin kimliyi media və sosial şəbəkələrdəki arzular silsiləsindən olan təkliflərlə ifadə olunur. Ancaq bu vəzifəyə hələ ki, təyinat yoxdur. Nəzərə alaq ki, Təhsil Nazirliyi ölkədə ən geniş şəbəkəyə malik olan dövlət qurumudur.


Çünki ən ucqar kəndlərdə də məktəblər və müəllimlər var. Seçkilərin keçirilməsində məktəblərin və müəllimlərin rolunu nəzərə alsaq, güman edirəm ki, yeni təhsil naziri hakimiyyətə yaxınlığı ilə seçilən, seçki prosesinə rəhbərlik etmək bacarığına malik şəxslərdən biri olacaq”.


Həmsöhbətimiz ölkə müxalifətinin fəaliyyətsizliyini mövcud şəraitlə əlaqələndirərək, vəziyyətin dəyişə bilmək ehtimalının olduğunu bildirib:


"Cəmiyyətin seçkilərə yönəlik inamsızlığı siyasi partiyalara da sirayət edir və bu, çox üzücü bir haldır. Əslində, siyasi qüvvələrin fəaliyyəti üçün meydan o qədər daraldılıb ki, onlar sadəcə olaraq, prosesləri izləmək və baş verənlərə münasibət bildirməklə məşğuldurlar. Ancaq məşhur bir deyim var ki, "heç vaxt "heç vaxt”” demə. Yəni gələcəkdə nələr olacağını proqnozlaşdırmaq çətindir”.




Загрузка...
Həmçinin oxuyun:
Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Təhsil naziri Mikayıl Cabbarova yeni vəzifə veriləcək

Təhsil naziri Mikayıl Cabbarova yeni vəzifə veriləcək

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

“Facebook” siyasi reklamları nəzarətə götürür

“Facebook” siyasi reklamları nəzarətə götürür

Misir Mərdanov: "Yenidən nazir olmaq iddiam yoxdur"

Misir Mərdanov: "Yenidən nazir olmaq iddiam yoxdur"

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”

Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Yeni Təhsil naziri məlum oldu

Yeni Təhsil naziri məlum oldu

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi