AzTehsil.com


Xəbərlər
03 oktyabr 2019
1 716


“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib



“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

 

 
Oktyabrın 3-də "Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri, "Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti sahə üzrə rəhbər və mütəxəssis heyəti, "Bakı Metropoliteni” QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən Fransanın "Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski, "Siemens Azerbaijan”ın rəhbəri Azər Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov binada böyük təmir və yenidənqurma işləri aparıldığını, burada texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələrinin yaradıldığını deyib. O, mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks olunduğunu, stendlərin ümummilli lider Heydər Əliyev və Prezidenti İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.

Z.Hüseynov metropolitendə tətbiq edilən texnoloji yeniliklərin mənimsənilməsində, yeni sahələr üzrə kadrların hazırlanmasında mərkəzə tələbatın artdığını və bu səbəbdən yeniliklərin zəruri tələbə çevrildiyini də vurğulayıb. O, "Thales” şirkətinin "Bənövşəyi xətt”də tətbiq etməyə başladığı SCADA və CBTC, TETRA rabitə sistemlərinin öyrənilməsi və bu xüsusda yeni kadrlara böyük ehtiyac olduğunu buna nümunə kimi göstərib. Hazırda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin praktiki məşğələləri də məhz metropoliteninin istismar sahələri və tədris mərkəzində keçirilir. Sədr metropolitendə elektrik yarımstansiyalarının yenidən qurulmasında "Siemens”, eskalatorların dəyişdirilməsində "Thyssen Krupp” şirkətləri ilə əməkdaşlıq perspektivlərinə toxunaraq mərkəzdə bu müəssisələrin vəsait və stendlərinin də əhəmiyyətli əyani tədris vəsaiti olduğunu bildirib.

QSC sədri Bakı Metropolitendə yeni tipli qatar tərkiblərinin sayının 11-ə çatdığını qeyd edərək maşinistlərin də yenidən ixtisaslaşdırılması, yeni nəsil maşinistlərin hazırlığına başlanıldığını deyib, Rusiyanın "Loqos” şirkətinin mərkəzdə "81-765” tipli baş vaqonun bazasında quraşdırdığı trenajorun əhəmiyyətindən bəhs edib. O, metro inşaatında tətbiq edilən "Herrenknecht” tunelqazma kompleksinin, həmçinin metropolitenin istehsalat sahəsində Almaniyanın "Vollert” şirkətinin texnologiyaları əsasında qurulmuş sexdə Azərbaycanda ilk dəfə ağac şpalları əvəz edən dəmir-beton blokların istehsalının təşkilini, yolun yeni tipli üstquruluşu elementlərinin tətbiqini qeyd edərək mərkəzin bu texnoloji yeniliklərin tələblərinə uyğun kadrları bundan sonra daha müasir qaydada hazırlayacağını deyib.

2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçinin cəlb edildiyini, imtahanların test üsulu ilə elektron qaydada aparıldığını diqqətə çatdıran Z.Hüseynov UFAZ ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlığın bundan sonra daha intensiv və qarşılıqlı faydalı şəkildə aparılacağına əminliyini ifadə edib.

Sonra metro tarixi, tətbiq edilən yeniliklərə həsr olunmuş qısametrajlı filmin təqdimatı olub.

Təhsil naziri Ceyhun Bayramov həm ölkə, həm də metropoliten tarixində tədris prosesinin yeni innovasiyalarla müşayiət olunması baxımından belə bir mərkəzin açılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, bu xüsusda "Bakı Metropoliteni” QSC-nin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyini, tələbələrin müxtəlif sahələr üzrə yeni interaktiv təlimlərlə kursların məhz bu tədris ocağında keçirilməsinin gələcək peşəkar kadrların yetişidirlməsində böyük rol oynayacağına əmin olduğunu bildirib və mərkəzə yeni nailiyyətlər arzulayıb.

Mərasim iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Hər guşədə mütəxəssislər müvafiq sahələrdəki yeniliklər və təlim-tədris prosesinin təşkilində diqqət yönəldiləcək məqamlar barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, metropolitenin təlim-tədris mərkəzinin binası 1926-ci ilin sentyabrın 24-də SSRİ-nin ilk elektrik dəmiryolu nəqliyyatı olan Sabunçu vağzalının elektrik deposu kimi istismara verilib. 1966-cı ildə Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamı ilə tikili Bakı Metropoliteninin balansına keçib və burada qatarların hərəkətinin təşkili və idarə edilməsi üzrə ən mühüm xidmətlərin dispetçer mərkəzləri fəaliyyət göstərib. 2014-cü ildə dispetçer mərkəzləri yeni inşa edilmiş texnoloji korpusa köçürülək həmin il sentyabrın 16-da burada təlim-tədris mərkəzi fəaliyyətə başlayıb.

 

AZƏRTAC




Загрузка...
Həmçinin oxuyun:
Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir - Xəttə əlavə 4 qatar buraxılır

Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir - Xəttə əlavə 4 qatar buraxılır

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Bakı metrosundakı dəhşətli qəzadan 22 il ötür

Bakı metrosundakı dəhşətli qəzadan 22 il ötür

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

İmişlidə yeni məktəb binalarının açılışı olub

İmişlidə yeni məktəb binalarının açılışı olub

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır