AzTehsil.com


Xəbərlər
04 iyul 2019
3 029


Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi



Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

 

 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir.

Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay müddətində təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsi hazırda koreyalı mütəxəssislər tərəfindən Bakıda davam etdirilir.

Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir.

Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, "Huawei”, "Mitsubishi”, "EduMedia”, "Subaru”, "Optimal Electronics”, "Tech Academy”, "Honda”, "Hyundai”, "Helind”, "Mazda”, "Azedunet”, "Toyota Azərbaycan”, "Mars Academy”, "Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb.

Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz "Torna və frezer dəzgahların operatoru”, "Avtomobil diaqnostikası və təmiri ustası”, "Sənayedə quraşdırma işləri üzrə usta”, "Elektronika ustası”, "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, "İnşaat ustası”, "Veb dizayner və proqram təminatçısı” və "Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.



Загрузка...
Həmçinin oxuyun:
Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır

Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Təhsildə - YENİLİK - VİDEO

Təhsildə - YENİLİK - VİDEO

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Peşə təhsilinə yeni nəfəs gətirən sistem

Peşə təhsilinə yeni nəfəs gətirən sistem

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.