AzTehsil.com


Xəbərlər / Direktor / Bölgə
03 mart 2019
4 198


Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir



Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

 

 
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına.

 Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin direktoru Rzayev Elnur  Əlisalam oğlu tərəfindən

                                                         Ə  R  İ  Z  Ə

 Yazib Sizə bildirirəm ki, rəhbərlik etdiyim Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində 7 nəfər ibtidai sinif müəllimi, 4 sinif komplekti var. Müəllim sıxlığı ilə əlaqədar dərs bölgüsündə çətinliklər yaranır. Eyni zamanda mövcüd təlimata əsasən müəllimlərin dərs yükü onların Diaqnostik qiymətləndirmə nəticələrinə uyğun bölünməlidir. Tədris ilinin əvvəlində təlimat nəzərə alınmaqla müəllimlər arasında dərs bölgüsü aparmışdıq. Lakin Saatlı rayon prokuroru Kamran Əhmədov cənabları məni çağıraraq bildirdi ki, Sizin məktəbdə mənim qohumum var və onun dərs yükünü artırın. Mən vəziyyəti izah etməyə çalışdım ki, bizdə müəllim sıxlığı var. Keçən il Prokurorun tapşırığı ilə həmin müəllim 32 saat dərs apardığı halda digər müəllim 6 saata işləyirdi. Təbii ki, bu da həm pedaqoji kollektiv həm də, ictimaiyyət arasında narazılığa səbəb olurdu. Bu ildə həmin narazılıq olmasın deyə müəllimlər arasında bərabər dərs bölgüsü aparmağa çalışdım. Lakin yenə də məni prokurorluğa çağırıb:- Səni həbs edərəm, digər direktora söz dedim eləmədi və ona 11 il iş verdirdim, səni də onun gününə salacam kimi, şantaj xarakterli sözlər söylədi. 

 Sonra məndən 5 min manat pul istədilər. Mən də bildirdim ki, mənim imkanım yoxdur və o pulu verə bilmərəm. Sonra guya məktəbdən digər bir müəllim dərs bölgüsü ilə əlaqədar prokuroluğa müraciət etdi. Kamran Əhmədov cənabları yenə də məni çağırıb rəhbərlik etdiyim müəllimlərin yanında sən cinayətkarsan, yerində deyilsən səni türmə gözləyir kimi sözlərlə öz işçilərimin yanında məni təhqir elədi. Həmin müəllimin ərizəsinə əsasən ilkin araşdırma aparıldı. Müəllimlərin və şagirdlərin izahatı alındı. Ancaq izahat verməyə gedən müəllimlər bildirdilər ki, orada bizə təziq edirdilər ki, izahatı direktorun əleyhinə verin.... onsuzda onu tutacıq. İlkin araşdırma zamanı həm müəllimlərin izahatı, həm şagirdlərin izahatı, həm də Saatlı RTŞ-nin izahatı alındı və prokurorluq gözlədiyi qanunsuzluqlar üzə çıxmadı və təbii ki, bununla razılaşmadılar.
 Yenə də məni çağırdılar ki, o pulu verməsən Maliyyə Nazirliyindən yoxlama çağırıb sənin 7 illik fəaliyyətini yoxlayıb tutacıq. Mən də bildirdim ki, göndərin mən heç bir qanunsuz iş tutmamışam ki məni tutalar. Ancaq prokuror bildirdi ki, onsuzda yoxlama gələndə onların qalmağı, yemək pulu və s. kimi xərclər səndən çıxacaq, elə o pulu ver bizə göndərməyək. Həmin vaxt Baş prokuroluğun qəbul şöbəsinə gəldim, orada bir xanım prokuror (adını bilmədim) məni qəbul elədi və məsələni ətraflı şəkildə şifahi olaraq ona danışdım. O, isə bildirdi ki, inanmıram bir rayon prokuroru pul almaqdan ötrü belə bir varianta əl atsın. Əgər belə bir şey olarsa onda Siz yazılı şəkildə müraciət edərsiniz məsələni araşdırarıq...(bunu ona görə yazıram ki, görün prokurorluq nə vəziyyət düşüb və hansı yollara əl atır).

 Sonra Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfində məktəbdə yoxlama aparıldı. Yoxlamağa gələn müfəttişlər çox qərəzli idilər. Mən bunun səbəbini soruşanda onlar qeyd etdilər ki, biz bura Kamran Əhmədovun tapşırıqı ilə gəlmişik və nəsə tapmalıyıq. Beləliklə müəllimlərin və şagirdlərin izahatı alındı. Sonra məlum oldu ki, dərsdənkənar məşğələlərin araşdırılması zamanı şagirdlərə tamam başqa suallar verilib lakin izahatları başqa cür yazdırılıb. Sonra məktəbdə mövcud olan Fizika və Kimya loboratoriyalarını avadanlıqla guya tam təchiz olunmamasını əsas gətirərək, guya mən qəsdən dövlət əmlakını talamışam deyə cinayət işi başlamaqla məni hədələməyə başladılar. Halbu ki, loborant öz izahatında qeyd edib ki, o vaxtı-vaxtında işə gəlib və əmək haqqını da özü alıb.
 
 Onu da qeyd etməliyəm ki, məktəbə yoxlama göndərilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın surəti mənə göndərilmədi. Məni narahat edən bu yoxlama deyil. Lakin bir rayon prokurorunun bu vəziyyətə düşməsi, məqsədli şəkildə yoxlama göndərib ya pul verməlisən ya da tutulacaqsan deməsidir ki, məncə bu - Cənab Prezidentimizin qeyd etdiyi kimi dövlətimizə qarşı xəyanətdir.
 Mümkünsə bu yoxlama yenidən komissiya şəklində gəlsin və bu komissiyanın tərkibində həm Təhsil Nazirliyinin, həm Maliyyə nazirliyinin həm də, prokurorluğun nümayəndəsi olsun. Çünki, belə olan halda prokuroluğun qərəzli mövqeyini müdafiə edən bir nəfərin yoxlama aparmasındansa komissiyanın yoxlaması  daha obyektiv olar. 

 İndi mənim bir çıxış yolum qalıb ki, belə şantajla işləməkdənsə hansısa xarici ölkədən sığınacaq istəyim və köçüm gedim. Belə məmurlarınn əlindən bu ölkədə nə işləmək mümkündür nədə ki yaşamaq.

İmza:                E. Rzayev



Загрузка...
Həmçinin oxuyun:
"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

18 ilin müəllimi Ceyhun Bayramovdan kömək istədi - Təhsil Şöbəsindən ŞİKAYƏT

18 ilin müəllimi Ceyhun Bayramovdan kömək istədi - Təhsil Şöbəsindən ŞİKAYƏT

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

Facebook-da tanış olduğu qıza səni alacam deyib, cinsi əlaqədə oldu

Facebook-da tanış olduğu qıza səni alacam deyib, cinsi əlaqədə oldu

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

ESSE : Rəhbərlik edəcəyiniz məktəbdə  məktəbdaxili nəzarəti necə həyata keçirdərdiniz ?

ESSE : Rəhbərlik edəcəyiniz məktəbdə məktəbdaxili nəzarəti necə həyata keçirdərdiniz ?

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....