AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
07 noyabr 2018
2 493


Qaydaların tez-tez dəyişdirilməsi təhsil ictimaiyyəti arasında narahatlıq yaradır



Qaydaların tez-tez dəyişdirilməsi təhsil ictimaiyyəti arasında narahatlıq yaradır

 

 
Uğursuzluqdan qaçmaq yox, onu dəf etmək lazımdır.

2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığının yoxlanılmayacağı barədə DİM rəsmisinin açıqlaması hər şeydən əvvəlburaxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması və bu səbəbdən də ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmaması ilə izah olunur.

Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Digər tərəfdən 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır. Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir.

Məsələyə belə bir yanaşmanı hansısa bir mövqedən başa düşülən hesab etmək olar. Çünki,  xarici dil də imtahan fənlərinin siyahısına daxil edildiyindən və şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacağından, bu haldatəkrarçılığa yol verilməsi qaçılmaz olur. Başqa sözlə, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasınaartıq ehtiyac qalmır. Əlbəttə, o da istisna deyil ki, belə bir yeniliyi səbirsizliklə gözləyənlərin sayı da o qədər az olmayacaq.

Onu da xatırladım ki, ölkəmizdə 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurikulum proqramı əsasında verdikləri üçün esse yazmaları da birmənalı qarşılanmamış və şagirdlərin göstərdiyi nəticələrə də heç də təsirsiz ötüşməmişdi. Bəlkə də essedən imtinanın elə bir səbəbi də budur - göstəricilərin zəif olması, uğursuzluq. Uzun illərdən bəri yazılı imtahan vərdişlərini yadırğayan şagirdlərimizdən yüksək göstəricilərə nail olacaqlarını gözləmək də ədalətsizlik olardı. Lakin bir məqamı da nəzərdən qaçırmamalıyıq ki, uğursuzluqdanqaçmaq yox onu dəf etmək lazımdır. Təkmilləşmə və yeniləşmə nəyisə ləğv etmək hesabına digərini tətbiq etmək olmadığı kimi, imtahan prosesi də yeknəsək mexanizmdən ibarət ola bilməz.

Testlə yanaşı yeri gəldikcə, digər metod və texnologiyaların tətbiqinə də yer ayırmaq, canlı ünsiyyətə önəm verməklə inam və güvən meyllərini formalaşdırmaq, qarşılıqlı anlaşma streotiplərini inkişaf etdirmək baxımından esse faydalı ola bilərdi. Deyək ki, riyaziyyat fənnindən imtahanlar üçün test məqbul sayılsa belə, konkret ixtisaslar var ki, onlar yazı qabiliyyəti və nitq mədəniyyətinin üzə çıxarılmasını tələb edir.

Digər tərəfdən biz biliklərə qiymət verərkən heç şübhəsiz ki, ədalət, həqiqət, mərhəmət, xeyirxahlıq, azadlıq, bərabərlik, düzlük, doğruçuluq kimi prinsiplərı, vətənə sevgi, yaşadığın torpağa bağlılıq kimi dəyərləri də üzə çıxarmalıyıq. Razılaşaq ki, bütün bu kimi keyfiyyətləri üzə çıxarmaq və qiymətləndirmək isə testin imkanları daxilində deyil. Bunun üçün danışıq, izah, münasibət bildirmək, mövqe sərgiləmək kimi keyfiyyətlərin büruzə verilməsi tələb edilir.

Ümumiyyətlə götürdükdə mən istənilən qaydaların tez-tez dəyişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq və narahatlıq yaradır, təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl yaradaraq onun inkişafını ləngidir.  Bu baxımdan çıxış yolunu "esseni” ləğv etməkdə deyil, digər imtahan suallarının sayını azaltmaqda görürəm.

O da aydındır ki, hər bir yanaşma tədris materialının yüngülləşməsinəhesablanmalı olduğu kimi imtahan prosesinin  daha da sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməlidir. Hazırda elə ali məktəbimiz var ki, orada ümumiyyətlə test tətbiq olunmur. Bəzi ali təhsil ocaqlarında isə əsasən yazılı və şifahi imtahanlar keçirilir. Məhz bu uyğunsuzluğu aradan qaldırmaq üçün 9-cu sinif imtahanlarına yazılı esse salınmışdı.

2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında tətbiq olunacağı nəzərdə tutulan yeniliyin nə dərəcədə effekt verəcəyini bəri başdan proqnozlaşdırmaq o qədər də asan olmasa belə, yazılı sualların cavablandırılmasına xidmət edən test tapşırıqları ilə ayrıca esse imtahanı arasındaki fərqi müəyyənləşdirmək o qədər də çətin deyil. Unutmayaq ki,əzbərçiliyə yönəldilmiş heç bir qavrama vasitəsi yazılı sınaq qədər insan hafizəsinə güclü təsir göstərə bilməz.

Nə deyirik, elə isə bu variantı da sınaqdan çıxaraq. Ancaq bir variantın "qırxı çıxmamış” digər variantın tətbiqi ilə nəyə nail olacağımızı zamanın hökmünə buraxmaq şərti ilə.Onsuz da bir halda ki, nəyəsə cəhd etmək , hələ nəsə etmək demək deyil...Bir də ki,  DİM tərəfindən Xl sinif buraxılış imtahanlarının aprel ayında keçirilməsinin nəzərdə tutması ilə müqayisədə bu yenilik nisbətən daha ağlabatan kimi görünür.

Nadir İsrafilov
 

 





Загрузка...
Həmçinin oxuyun:
“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik