AzTehsil.com


Xəbərlər / Ziyalılar
18 yanvar 2017
3 808


Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq



Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

 


Ancaq testlə yanaşı, mütləq yazılı və şifahi imtahanlar olmalıdır

Təhsil sistemimizin ən böyük uğuru olan test üsulu deyəsən, yavaş-yavaş son dayanacağa yaxınlaşır. İndi bəzi ekspertlər iddia edirlər ki, test üsulunun tətbiqi nəticəsində cəmiyyət üçün kasad təfəkkürlü mütəxəssislər yetişir. Hətta test üsulunun ləğvi də gündəmə gətirilib.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev belə bir halın baş verməsinin müsbət nəticə verəcəyini bildirib:

"Düşünürəm ki, tədricən test üsulundən uzaqlaşmağı çox doğru edirlər. Şifahi imtahanlar, açıq testlər qoyurlar. Təbii ki, bunun daha da genişlənməsini istərdim. İnsan danışa-danışa düşünsün və özünü dərk etsin. Bu, çox yaxşıdır. Eyni zamanda, təfəkkürün inkişafı nitqlə bağlıdır, testlə yox. Buna görə də düşünürəm ki, testlər 3-cü bir amil olaraq tətbiq edilməlidir. Demirəm, tamamilə yığışdırılsın. Arada yaddaşı yoxlamaq üçün də lazımdır. Düşünürəm ki, öncə şifahi, sonra yazılı, daha sonra isə test olsun. Beləliklə, bu iş yoluna qoyulsun. Bu sistem 10 ildən artıqdır, Estoniyada və digər ölkələrdə tətbiq olunur. Həmçinin, testin ləğv olunması cəmiyyətimizə fayda verəcək. Əslində, cəmiyyətə insanlar fayda verir. Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq”.

Şura sədri Azərbaycanda test üsuluna keçilmənin ilkin səbəblərini belə izah edib: 

"Azərbaycanda test üsulunun aktuallaşmasının səbəbləri var. İlk vaxtlarda ölkədə sosial münasibətlərdə aşkarlıq lazımi səviyyədə deyildi. Eyni zamanda, indi də inam yoxdur ki, şifahi imtahan götürülərsə, ona qiymət veriləcəkmi? Amma test üsulunda işə obyektiv qiymət verilir. Sadəcə, 1990-cı illər qarışıq dövr idi. İndiki situasiyada, o dövrdən çıxmaq üçün addım atmaq lazımdır. Yazılı və şifahi imtahana keçilməklə insanlarda əməli fəaliyyətdə aşkarlığı, ədaləti, obyektivliyi bərqərar etmək üçün çalışmaq lazımdır. Yenə də kimsə test üsulunun olmamasından istifadə edib, subyektiv münasibət göstərəcəksə və qiymətləndirmədə kiminsə sifarişini yerinə yetirəcəksə, bu, əlbəttə, təhsil sisteminə ziyan gətirə bilər. İmtahanda ədalət və obyektivlik paralel getməlidir”. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilov test üsulunun tamamilə ləğvinin tərəfdarı olmadığını deyib: 

"Test üsulu dünya təcrübəsindən irəli gələn bir prosesdir. 90-cı illərdə bu üsulu tətbiq eləməyə başladıq. Lakin sonralar müəyyən problemlər üzə çıxdı. Nazir özü də dəfələrlə testə olan məhdudiyyətləri qeyd edib. Test üsulu məntiqi təfəkkürə xidmət edən prosesdir. Yəni, daha çox əzbərçilik əmələ gətirir. Əksər 11-ci sinif şagirdləri ərizə yazmaqda çətinlik çəkirlər. Onlarda nitq və yazı mədəniyyəti yaxşı formalaşmır. Dünya təcrübəsində, məsələn, postsovet məkanında təhsil sahəsində inkişaf edən ölkələrdən biri Estoniyadır. Onlarda imtahanlar üç mərhələdə həyata keçirilir. Əvvəl yazılı, sonra şifahi və test formasında. Lomonosov Universitetinin rektoru da son zamanlar yazılı imtahanların keçirilməsini təklif elədi və Rusiya Federasiya naziri buna dəstək verdi. Ötən ildən bəri ölkəmizdə ali məktəblərdə testin ləğvinə başlanıldı. Hətta böyük narazılıqlar da yarandı. Testlə yanaşı, ayrı-ayrı fənlərin xarakterinə uyğun olaraq müvafiq yazılı və şifahi imtahanlar da tətbiq olunmalıdır. Artıq ali məktəblərdə yazılı və şifahi imtahanlar tətbiq olunur. Düzdü, bu üsulu aşkarlıq və şəffaflıq kimi qələmə verirlər, amma bu, nəticə etibarı ilə şagirdlərin hərtərəfli və sistemli inkişafında müəyyən maneçilik törədir. Ona görə də Əjdər müəllimin fikirlərində böyük həqiqət var”.

Ekspert həmçinin sovet dönəmində olan aralıq imtahanlarının yenidən tətbiq edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu zaman şagirdlər imtahan vərdişlərinə daha yaxşı alışacaqlar: 

"Aralıq imtahanlarını ləğv elədik və birdən-birə 11-ci sinfə test formasında 8 imtahan saldıq. 9-cu sinfin buraxılış imtahanına Azərbaycan dili və riyaziyyat fənnini tətbiq etdilər. Şagirdlər onsuz da ancaq imtahandan keçmək xatirinə oxuyurlar, belə olduqda ancaq onlar iki fənn oxuyacaqlar. Halbuki "Təhsil haqqında” qanunda təhsilin tərifi verilib. Orada təhsil - sistemləşdirilmiş bilik və bacarıqların məcmusudur. Düşünürəm ki, testlə yanaşı, mütləq yazılı və şifahi imtahanlar olmalıdır. Əgər şagird orta məktəbdə yazılı və şifahi imtahan vermirsə, bu proseslə ali məktəbdə rastlaşırsa, müəyyən çətinlik yaşayacaq. 9-cu sinfin imtahan qaydalarında dəyişiklik aparılır. Necə olur ki, ali məktəblərdə yazılı və şifahi imtahanlar keçirilir, amma orta məktəbdə bu keçirilmir. Birbaşa test tətbiq olunur. Ona görə də yeni qaydalara əsasən əlavə imtahan kimi esse əlavə olundu. Hansı ki, bu, könüllü olaraq yazılır. Yazılı imtahan keçiririksə, könüllüdən söhbət gedə bilməz. Mütləq bu, məcburi imtahanlardan biri olmalıdır”.
 
aztehsil.com(istinad-sherg.az)



Загрузка...
Həmçinin oxuyun:
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

TEST  Fərdi təhsil nə deməkdir?

TEST Fərdi təhsil nə deməkdir?

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

TEST  Ümumtəhsilin səviyyələri hansılardır?

TEST Ümumtəhsilin səviyyələri hansılardır?

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları