AzTehsil.com


Xəbərlər / Yazarlar
05 noyabr 2018
3 620


"Dövlət bayrağının asfalt üzərinə çəkilməsi hörmətsizlik kimi qiymətləndirilə bilməz"



 

Bildiyiniz kimi 9 noyabr bayraq günüdür. Bu münasibətlə, paytaxt məktəbliləri arasında 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib. Bu prosedur qaydalar hamıya məlumdur. Hər bir məktəb fərqli bir formada iş görmək istəyir və bəzən də heç bir iş görməyən kimsələr, görülən işdə başqa nəsə axtarmağa çalışır. Bəli, tənqid lazımdır. Çatışmazlığı demək lazımdır. Necə ki, məndə bunu deyirəm.
 
Amma görülən işdə başqa nəsə axtarmaq, bu yaxşı deyil.
Təəssüf ki, bəzən insanlar həqiqi vətənpərvərliklə "vətənşüvənliyi” dəyişik salırlar. Bəzi sosial media səhifələrində bir məktəbdə asfalt üzərinə çəkilmiş bayrağın üzərindən keçdiyi görüntüsü ciddi "müzakirə”lərə səbəb olub. Təbii həmin uşağın bu hərəkətinə haqq qazandırmaq fikrində deyiləm. Amma videogörüntünü çəkən şəxsin həmin uşağa irad bildirmək əvəzinə "sevincək” bunu lentə alıb ictimailəşdirməsi də bəzi "böyüklər”in də həmin uşaqdan fərqlənmədiyini göstərir. Bir məsələni də qeyd edim ki, hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir. Bu, bütün dünyada yayılmış tendensiyadır. Həmin müsabiqələrdə isə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər (Bayraq, ölkənin xəritəsi, əsgər görüntüsü və digər bu kimi rəsmlər) mövzusunda uşaqların yaradıcılığı əks olunur. Yəni, demək istədiyim odur ki, Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin tədbir üçün hazırladıqları kompazisiya üçün çəkmiş olduqları rəsm ətrafındakı qara fonlu hay-küy adekvat deyil. Hansı ki hələ ayın 2-də məktəb öz "Facebook” səhifəsində həmin kompazisiyanın görüntüsünü paylaşıb. Məncə bir az real vətənpərvər olaq ki, uşaqlar da bizə ikrahla baxmasınlar. Onların da çoxu "Facebook” və digər sosial şəbəkələrdə olduğunu unutmayaq. Bu kimi məqsədyönlü təhrifləri onlar da görür və ən azından ciddi qəbul etmirlər.
 

 

Dostlar, Bayraq haqqında qanuna görə  Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Amma yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
 

 

Bunlar azyaşlı uşaqlardır. Onlar sabahın naziri, həkimi, müəllimi və bəzən də şəhididirlər... Və bəlkədə:
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
 
Bəli, biz onlara vətənpərvərliyi bütün üsul və vasitələrlə öyrətməliyik.. Onların işini aşağılamamaqla.
Dövlət Bayrağı Bakı şəhərində keçirilən bir çox beynəlxalq yarışlarda da yerə çəkilib. Keçirilən mötəbər yarışlarda dövlət bayrağı yerə çəkilib.
 

 

Keçirilən bu tədbirlərin, görülən işlərin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.
Kimlərsə Roma papasından artıq katolik olmaq istəyirlər deyəsən..
 
Aztehsil.com
Kamran Əsədov, tanınmış təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində Bayraq Günü geniş qeyd edilib

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının  Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzində "Bayraq günü" ilə bağlı müsabiqə keçirilib

Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzində "Bayraq günü" ilə bağlı müsabiqə keçirilib

Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu

Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Müəllim işləmək məcburiyyətindəyəm?

Müəllim işləmək məcburiyyətindəyəm?

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS