Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu
Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağına olan hörmətsizliyinin hesabını ağır ödədi.
Aztəhsil.com xəbər verir ki, Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib.
Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub.
Professor sözlərinə görə, o bu addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən çıxarıldığını düşünərək, atdığını deyib. Pay hətta şərt də qoyub: Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq.
Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və tələbələrin kəskin etirazına yol açıb. Eyni zamanda, Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu rəzil hərəkətini sərt narazılıqla qarşılamışdı.
Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib.