Xəbərlər
07 avqust 2018
610

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinin müsabiqəsinə 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında iştirak edərək müsabiqə şərtini ödəyən bakalavrlar buraxılırlar

 
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan  yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2018-ci il 7 avqust saat 09:40-dan 13 avqust saat 23:59-dək  DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər  dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə "Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.
 
Aztehsil.com





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Ali məktəblərin və AMEA magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Ali məktəblərin və AMEA magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturaya imtahan verənlərin nəzərinə

Magistraturaya imtahan verənlərin nəzərinə

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb