AzTehsil.com


Xəbərlər
09 fevral 2018
2 901


Lənkəran Dövlət Universitetində baş verənlərə mütəxəssis rəyi



Lənkəran Dövlət Universitetində baş verənlərə mütəxəssis rəyi

 

Təhsil eksperti Nadir İsrafilov: "Ali məktəblərdə imtahan suallarında indiyədək "orta məxrəc standartı” əldə edilməyib”

"Hürriyyət” qəzeti və Hurriyyet.org saytına daxil olan məlumata görə, Lənkəran Dövlət Universitetində tələbələr semestr imtahanlarının suallarından çətinlik çəkirlər. Özəlliklə I kurs tələbələri. Bu haqda http://aztehsil.com/news/5859-lnkran-dvlt-unverstetnd-nlr-ba-verr.html yazıda da dərc olunub. Tələbələrin Hurriyyet.org-a verdiyi məlumata görə, imtahan suallarının çətin olduğu səbəbindən, bir qrupdan əksər tələbələrin nəticələri qeyri-kafi olur. Yazıda apardığımız araşdırmalardan məlum olur ki, başqa ali məktəblərlə müqayisədə LDU-da imtahan sualları çox və mürəkkəbdir, təhsildə humanizm prinsipinə rəğmən tələbələrə ikinci dəfə bilet çəkmək şansı verilmir, imtahanın müddəti başqa ali məktəblərdə 3 saat olduğu halda LDU-da 2 saatdır və universitetdə bu kimi problemlər mövcuddur. LDU-dan bildirilir ki, imtahan sualları Təhsil Nazirliyindən verilir. Bu fikrin nə qədər həqiqətə uyğun olmasıyla bağlı Təhsil Nazirliyinə - http://edu.gov.az/az/contacts/appeal - elektron müraciət etmək və yazıda əks olunan digər məsələlərlə bağlı Təhsil Nazirliyindən mütəxəssis rəyi öyrənmək istədik. Amma məlum oldu ki, elektron müraciət formal xarakter daşıyır. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamaq mümkün olmadı.
 

Lənkəran Dövlət Universitetində baş verənlərə mütəxəssis rəyi

 

Yazıda əks olunanlara təhsil eksperti Nadir İsrafilovun mövqeyini öyrəndik. Nadir İsrafilov bunları bildirdi: "Hər şeydən əvvəl onu qeyd edim ki, ölkəmizdə test tətbiq olunmağa başlayandan bəri sualların asan və ya çətinliyi ilə bağlı məsələ heç də hər kəs tərəfindən birmənalı qarşılanmayıb. Kimlərsə sualların çətinliyini müəyyən maraqlarla əlaqələndiribsə, digərləri bunu keyfiyyətin yüksəldilməsinə xidmət edən bir amil kimi dəyərləndirib. Bu günə qədər əgər belə demək mümkündürsə, "orta məxrəc standartı” əldə edilməyib. Mən LDU-da ötən il olmuşam, müəllim və tələbə heyyəti ilə görüşmüşəm. Universitetdə titanik işlərin görülməsinin və kollektivdə yüksək əhval-ruhiyyənin hökm sürməsinin bilavasitə şahidi olmuşam. Rektor vəzifəsini icra edən professor Natiq İbrahimovu hələ Təhsil Nazirliyində ışləyərkən bir peşəkar, demokratik və humanist ruhlu bir mütəxəssis kim tanıyıram. Hətta Lənkəranda görüşümüz zamanı ona "əgər belə eneri və ruh yüksəkliyi ilə işləyəcəksənsə, səni Bakıya qaytarmayacaqlar” zarafatyanı "iradımı” da bildirmişəm. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, universitetlərin tədris, akademik, maliyyə, kadr müstəqiliyinin genişləndirilməsi zəruriliyi önə çəkilib. Tədris proqramlarının və test suallarının tərtibinə doqma kimi baxmaq düzgün deyil, yerli şərait və potensial imkanlar nəzərə alınmalıdır. Bildiyim kimi ərizə və şikayətlərə baxılmaq üçün Universitetdə Apellyasiya komissiyası fəaliyyət göstərir, bundan əlavə İctimai nəzarət şurası da yaradılıb. Problemin həlli üçün aşkarlıq və şəffaflıq mühiti mövcuddur”.

Sevil, Hurriyyet.org



Загрузка...
Həmçinin oxuyun:
Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

4-cü siniflərdən nə məqsədlə imtahan götürülür? - TƏHSİL NAZİRLİYİ “XƏBƏRSİZDİR”

4-cü siniflərdən nə məqsədlə imtahan götürülür? - TƏHSİL NAZİRLİYİ “XƏBƏRSİZDİR”

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF