Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi üzrə seçim turları təşkil edir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədilə) üzrə seçim turları təşkil edir.
Tərcümə Mərkəzindən bildirilib ki, turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.
Turlarda iştirak üçün qeyd olunan sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil, CV) fevralın 20-dək Mərkəzin [email protected] elektron ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin "mövzu” bölümündə dil və sahə qeyd olunmalıdır.
Müraciət edənlər əlavə məlumat üçün (+994 12) 595-10-69 (daxili nömrə 123) bu nömrə ilə əlaqə saxlaya bilərlər.