AzTehsil.com


Xəbərlər
17 iyun 2017
5 671


BDU-da bu fakültə bağlanır



 

Aztehsil.com xəbər verir ki, Bakı Dövlət Universitetinin  İlahiyyat fakültəsinə 2017-2018-ci tədris ili üzrə tələbə qəbulu planında mühüm bir yenilik tətbiq olunub.
Belə ki, Təhsil Nazirliyi tərəfindən BDU İlahiyyat fakültəsinə "dinşünaslıq” ixtisası üzrə qəbul planı verilməyib.
 
Adı çəkilən fakültə bu gün "Dinşünaslıq”, "Tərcümə-ərəb” və "Tərcümə-fars” olmaq üzrə üç ixtisas bölməsinə ayrılsa da, məhz "Dinşünaslıq” ixtisasına əsasən İlahiyyat fakültəsi adını daşıyır.
Qaynağımız onu da qeyd edir ki, BDU İlahiyyat fakültəsinin "Tərcümə-ərəb” və "Tərcümə-fars” ixtisaslarına qəbul olan tələbələrin çoxu fakültəyə sənədlərini təqdim edənə qədər İlahiyyat fakültəsinə qəbul olduqlarından xəbərsiz olur.
 
Əslində abituryentlər ixtisas seçimi zamanı "Tərcümə-ərəb” və "Tərcümə-fars” ixtisaslarını seçərkən İlahiyyat fakültəsinin adı qeyd olunmadığı üçün adı çəkilən fakültənin tərkibində olan bir ixtisası seçdiklərindən xəbərsiz olurlar, hətta bəzən Regionşünaslıq -Şərqşünaslıq fakultəsini qazandıqlarını düşünənlər də olur.
 
Qəbul planında İlahiyyat fakültəsi "Dinşünaslıq” ixtisası ilə təmsil olunduğuna görə də yalnız bu ixtisasa qəbul olan tələbələr hansı fakültəni seçdiklərini əvvəlcədən bilirlər. Bəs,  görəsən bu fakültənin bağlanmasının səbəbləri, nəticələri nə ola bilər?
Bununla bağlı millət vəkili Fazil Mustafa A24.az-a açıqlamasında  bildirib  ki, bu, olduqca təhlükəli səhv olardı.
 
"Çox güman ki, burada şimalda və cənubdan uzanan əllər vardır. Türkiyənin müəyyən dərəcədə Azərbaycan üçün faydalı işlər görmək istəyənlərin önünü kəsməyə çalışanlar var. Çünki ilahiyyət fakültəsi ölkədə müəyyən dərəcədə cahilliyin qarşısını almaq üçün, xürafatın qarşısını almaq üçün daha yetkin kadrlar hazırlayır. İndiyə qədər bu təhsil ocağından çıxan çoxsaylı kadrlar var ki, onlar ölkədə müəyyən səviyyədə addımlar ata bilir. Ona görə də Azərbaycanın mütərəqqi görüşlü nə qədər din xadimləri varsa, əkəriyyəti bu qəlibdən çıxıblar”.
Millət vəkili  qeyd edib  ki, bu bilərəkdən Azərbaycanda islamın elmi şəkildə anlaşılması, daha sağlam islam anlayışına sahib olmaq üçün cəmiyyətin maariflənməsinə zərbə vurmaq niyyətini güdə bilər:
 
"Çünki burda müəyyən metodlardan da istifadə olunur: Mənə inandırıcı gəlmir bunlar. Burada məqsəd ilahiyyət fakultəsini sıradan çıxarmaq olduğunu düşünürəm. Buna yol vermək olamaz. Həm də bu birbaşa orda rəhbərlik edən kadırlar – Azərbaycanın tanınmış akademiki Vasif Məmmədəliyev və çox sayda insanlar çalışır. Əgər belə bir addım atılarsa, mən bunun çox ciddi bir yanlış olduğunu düşünürəm. Qafqaz universitetindən sonra Azərbaycan təhsilinə vurulan ən böyük zərbədir”.



Загрузка...
Həmçinin oxuyun:
ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub

"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

ADU-da qazanılan şans

ADU-da qazanılan şans

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

ADU-da yeni fakültə yaradıldı

ADU-da yeni fakültə yaradıldı

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi