AzTehsil.com


Xəbərlər / İKT / Texnologiya
10 yanvar 2018
2 333


“Elektron hökumət” portalında daha 3 yeni xidmət



“Elektron hökumət” portalında daha 3 yeni xidmət

"Elektron hökumət” portalına kənd təsərrüfatı ilə bağlı 3 elektron xidmət inteqrasiya olunub.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidməti portala inteqrasiya edilib:


· Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu;


· Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu;


· Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu


Aztəhsil.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən məlumat verilib.


Bildirilib ki, qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün "Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir.


Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi cənab Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.


Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.


Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərmiş olur.


Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Müəllimlərin işə qəbulunda... - TƏLƏB OLUNMAYACAQ

Müəllimlərin işə qəbulunda... - TƏLƏB OLUNMAYACAQ

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

DİM-in elektron xidmətləri dayandırıldı

DİM-in elektron xidmətləri dayandırıldı

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub