Rayonlarda uşaqların psixi sağlamlığı... -DİQQƏT
Azərbaycanın 8 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaq psixi sağlamlıq bölmələri İmişli, Ağcəbədi, Masallı, Zaqatala, Şamaxı, Abşeron, Şəmkir və Kürdəmir rayonlarındakı Mərkəzi xəstəxanaların mbulator-poliklinika müəssisələrində (şöbələrdə) təşkil edilib.
Həmin bölmələrə bu əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq təhkim olunmuş ərazi üzrə uşaqlara psixi sağlamlıq xidmətinin göstərilməsi üçün regional mərkəz funksiyası həvalə edilib.
Uşaq psixi sağlamlıq bölmələrinin tərkibinə rayon (şəhər) tibb müəssisələrinin mövcud ştat vahidləri və əmək haqqı fondu çərçivəsində həkim-psixiatr, loqoped, psixoloq, tərbiyəçi, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı və əmək terapiyası üzrə təlimatçı ştatları daxil edilib.