AzTehsil.com


Xəbərlər / Maraqlı
23 yanvar 2018
1 950


Tanınmış şairə orfoqrafiya dəyişikliklərinə şeir yazdı - "Biri uçdu, biri qaçdı..."



Tanınmış şairə Xanım İsmayılqızı AMEA Dilçilik İnstitutunun orfoqrafiyada etdiyi dəyişikliklərə şeir həsr edib.

Aztəhsil.com həmin şeiri təqdim edir:

Dilimin əlifbasına nə qədər baş qoyan oldu,
Həm ərəb, həm latın, həm də kiril üstə doyan oldu.

Yenidən latında azdıq, yenidən latında yazdıq,
Az imiş bu keşməkeşlər, çox hərfi də soyan oldu.

Biri uçdu, biri qaçdı, biri də təsirə düşdü,
Sözlərin üstünə qonmuş vergülü də oyan oldu.

Sözləri ayırdılar da, ayılıb görüşdürdülər,
Fikrimiz çaş-baş olarkən, gözlərimiz həyan oldu.

Hərifin biri atıldı, hərifin biri tutuldu,
Biri ölsün, biri qalsın - əmrini də sayan oldu.

O qədər sözlərimiz var, bükülüb qaldı kitabda,
Təzə söz qondara bilmək həvəsi var, əyan oldu.

Nə deyim, bu vurhavurdan köçüb artıq nə qədər söz,
Dilimi didib-tökənlər nə qədərmiş, bəyan oldu.



Загрузка...