AzTehsil.com


Xəbərlər / Texnologiya
08 yanvar 2018
2 464


Ən yaxşı smartfon məlum oldu



Ən yaxşı smartfon məlum oldu

Mütəxəssislər Çinin "Huawei Mate 10 Pro” smartfonunu "Andoid” bazasında işləyən ən müasir smartfon elan ediblər. 


Məlumata görə, "Android Authority” portalı tərəfindən keçirilən miqyaslı sınaqlarda müəyyənedici faktor texniki parametrlər, işləmə sürəti, qiyməti, həmçinin kamerasının işləməsi olub. Bununla belə, şəkillərin keyfiyyəti istifadəçilərin səs verməsi yolu ilə müəyyən edilib.


Təhlillərin nəticələrinə əsasən, "Huawei Mate 10 Pro” final mərhələdə 361 bal toplayıb. O, 354 bal toplayaraq ikinci yeri tutan Koreyanın "Samsung Galaxy Note 8” flaqman smartfonunu bir neçə xal qabaqlayıb. Üçüncü yeri 337 balla "OnePlus 5T” flaqmanı tutub. 


Bundan başqa, ən yaxşılarının siyahısına "Nokia 8”, "LG V30”, "Pixel 2 XL”, "Moto Z2 Force”, "Sony Xperia XZ1”, "Razer Phone” və "BlackBerry KEYone Black” kimi modellər də daxil edilib. 




Загрузка...