Sonda İran da çadranı təhsilə dəyişdi - İnqilabi qərar
İranda 1979-ci ildə baş verən İslam İnqilabından sonra tətbiq edilən dini libas geyinmə zərurəti aradan qaldırıldı.
Aztəhsil.com xəbər verir ki, İranın "Sharq" qəzetində gedən məlumata əsasən, Tehranın polis rəisi Hüseyn Rəhimi bildirib ki, bundan sonra qadınlar çadra və ya hicab geymədiyi üçün polis bölməsinə aparılmayacaq və haqlarında istintaq işi açılmayacaq.
Paytaxt Tehranda 100-dən artıq mərkəz açdıqlarını deyən Rəhim qaydalara riayət etməyən qadınların həbs olunmaq əvəzinə açılan təhsil mərkəzlərində islam qaydalarına uyğun təhsil alacaqlarını deyib.