AzTehsil.com


Xəbərlər
07 dekabr 2017
2 253


“Bu, ali məktəblərin qarşısında yeni vəzifələr qoyur” - Komitə sədri



Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur:

 

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam ölkələri ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədilə 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin”.

 

Aztəhsil.com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli modern.az saytına açıqlamasında prezidentin sərəncamını şərh edib.

 

"Cənab prezidentin imzaladığı sərəncam ölkəmizdə uğurla həyata keçirilməkdə davam edən "İslam Həmrəyliyi ili”nin yeni layihələrlə, yeni proqramlarla zənginləşməsinə və konkret bu sahədə uğurlu addımların atılmasına kömək edir. Bu sərəncam Azərbaycanın təhsil sisteminin islam aləmindəki elm və təhsil qurumları ilə inteqrasiyası üçün geniş imkanlar açır.

 

Xüsusi qeyd etmək lazımdır ki, bu Azərbaycan ali təhsilinin islam dünyasında yeni bir səviyyəyə qalxdığını və qəbul olunduğunu göstərən faktlardan biridir. Azərbaycan sözün əsl mənasında elm və ali təhsil mərkəzinə çevrilib. Ona görə də üzv ölkələrdən Azərbaycana gəlib yeni nəsillərin burada təhsil alması Azərbaycanda təhsilin səviyyəsinin inkişaf etdiyini göstərir.

 

Həm də məzunlar vasitəsilə Azərbaycanın islam ölkələri ilə tamamilə yeni müstəvidə əməkdaşlıq qurmaq və həmrəyliyi daha da möhkəmləndirməsinə imkan yaradan proqramdır. Bütün bunlar çox böyük əhəmiyyətə malikdir.

 

"İslam Həmrəyliyi ili”nin ən böyük hadisələrindən biridir. Azərbaycan ali məktəbi qarşısında yeni vəzifələr qoyur. Azərbaycan və dünya gəncliyinə inteqrasiya baxımından yeni üfüqlər açır. Bu sərəncam xüsusi əhəmiyyətə malikdir”




Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

ADNSU-da İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüş keçirildi

ADNSU-da İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüş keçirildi

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Prezident qəbul imtahanlarının qiyməti ilə bağlı sərəncam verdi

Prezident qəbul imtahanlarının qiyməti ilə bağlı sərəncam verdi

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”

“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

İslam dini sığortanı qadağan edirmi?

İslam dini sığortanı qadağan edirmi?

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım