Xəbərlər
09 may 2017
2 350


IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

 

Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsert keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
 

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

 

1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub.
 

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

 

Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.
 

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

Məqalə Göndər








Загрузка...