AzTehsil.com


Xəbərlər
26 oktyabr 2017
3 443


Mikayıl Cabbarovun kadırından 300 min manatlıq yeyinti- ŞOK FAKT



Ərazisi işğal olunmuş rayonların ümumtəhsil sisteminə ayrılmış büdcə vəsaitlərinin yerləşdirilməsi, təyinatı üzrə xərclənməsi və bu işlərə dövlət nəzarətinin gücləndirilməsi daima ölkə başçısının qarşısında duran ən vacib məsələlərdən biridir. Təəssüflər olsun ki, belə bir şəraitdə dövlət vəsaitini ayrı-ayrı təyinatlar üzrə yönəldən harınlamış məmurlar hələ də iş başındadır.


Aztəhsil.com realmedia.az-a istinadən Füzuli rayonundanverilən məlumata görə, yerli təhsil şöbəsinin müdirəsi Ramella Məmmədova təhsildən heç bir xəbəri olmayan, təcrübəsiz biridir. Amma 200 min manat verərək, sözügedən postu ələ keçirə bilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla yaxın qohum olması karına gəlib. Ramella Məmmədovanın geniş qohumluq əlaqələri haqda ayrı yazımız olacaq. İndi isə qurduğu korrupsiya piramidası haqda.


Rayon təhsil şöbəsində işə girəni və çıxanı, direktor və ya dərs hissə müdiri gedəni, testdən keçib bal toplaya bilməyənləri, 65 yaşı tamam olanlarla yenidən müqavilə bağlayanları soymaq öz yerində.Bunlar aysberqin görünən tərfəfi.


Hamı da bilir ki, direktorlar da tapşırılan məbləği müəllimlərdən, müəllimlər isə şagirdlərdən alır. Hazırda repetitor yanına buraxılıb dərsə gəlməyən şagirdlərin ayı rayonda 200, 300 Bakı şəhərində isə aylığa 500 manatdır. Əsas qazanc başqa sahədədi.


Rayonunun təhsil sahəsinə ayrılmış büdcə vəsaitlərinin xeyli hissəsi talan edilib və bu talançılıq müxtəlif forma və metodlarla həyata keçirilib. Bu faktlar arasında saxta sənədlərdə düzgün olmayan məlumatların təqdim edilməsi əsasında siniflərin və məktəblərin açılması halları xüsusi yer tutur.


Yerli məktəblərdə təhsilə cəlb edilmiş şagirdlərin və yaxud digər köçkün məktəblərin şagirdlərinin adları siyahıya əlavə edilərək, saxta siniflər açılır, məktəblər təsis edilir. Yaxud yeni köçkün məktəblərinin yaradılması üçün ərazidə faktiki fəaliyyət göstərən məktəbin şagird kontingenti olduğu kimi ikinci dəfə götürülür və həmin məlumat əsasında təkrar ikinci məktəb açılır.


Eyni zamanda bu sinif və məktəblər üçün uzun illər boyu maliyyə vəsaiti ayrılır və mənimsənilir. Bir detal, bu gün Beyləqanda Füzuli məktəbləri fəaliyyət göstərir. Amma kağız üzərində, nə müəllim tapa bilərsiz,nə şagird. Ramella Məmmədovanın 800-900 şagirdi təkcə bir Beyləqanda havaya "buxarlanıb”.


Dövlətin ayırdığı 300-400 min büdcə hara yox olub?


Bu yaxınlarda təhsil naziri Füzulidə olarkən Ramella Məmmədova çox həyəcan keçirdi ki,Mikayıl Cabbarov bunlardan xəbər tutmasın. Buna nail də oldu. Eybi yox, adı olub, özü olmayan Füzuli məktəblərindən reportajları biz cənab nazirə göndərərik, eləcə də inzibati orqanlara.




Загрузка...
Həmçinin oxuyun:
Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi - KORRUPSİYA

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi - KORRUPSİYA

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi - ÖZƏL

Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi - ÖZƏL

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?