AzTehsil.com
RU


Xəbərlər / Cəmiyyət
02 avqust 2017
16 674


Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi - ÖZƏL



 

Azərbaycan təhsili post Misir Mərdanov dövründə uçuruma yuvarlanıb

Mikayıl Cabbarovun sürüklədiyi bataqlıqda çabalayan və boğulmaqda olan ölkə təhsili heç də Mərdanovdan sonra irəliləmədi. Hətta belə desək, onun vaxtında müəyyən müsbət məqamlar var idi. Mikayıl Cabbarovun isə saymazyana, təkəbbürlü davranışı, biganəliyi və laqeydliyi ölkə təhsilini məhvə aparmaqdadır. Bunu sətirlər yox, faktlar deyir. Bu ilki qəbul imtahanında 10 min nəfər 100 baldan aşağı nəticə göstərib. Bu 10 min bisavad nəsil deməkdir. Bu 10 min nəfər gələcəyin biliksiz, təhsilsiz ailə başçıları deməkdir.Ancaq Feysbuk, tvitter, yüksək texnoloji inkişaf dövründə Azərbaycan təhsilini geriyə aparan eynəkli, intellektual nazir heç bir tərəqqiyə doğru addım atmır.Belə ki, I qrup üzrə yaz imtahanında iştirakçıların 50 faizdən çoxu təxminən 162 bal, yay imtahanı iştirakçılarının isə yarıdan çoxu 193 bal nəticə göstərib. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.O bildirib ki, yaz imtahanlarında iştirak edən 65 min insanın 53 mini ikinci dəfə yay imtahanına da yazılıb: "Yay imtahanı üçün yazılan 10 min nəfərin ilkin nəticələri bizdə yox idi, çünki yaz imtahanında iştirak etməmişdilər. Builki qəbul imtahanlarının özəlliyini nəzərə alsaq, onlara iki dəfə şans verdik. Təqribən 10 min nəfər yay imtahanına yazılmadı. Bu da 100 baldan aşağı nəticə göstərənlər idi. Təbii ki, istisna hallar da var idi, bu da yaz imtahanlarında, yəni ilk şanslarında 700 bal toplayan abituriyentlər olub və onların ikinci şansa ehtiyacı yox idi”.DİM sədri naziri bu statistika ilə ifşa etmiş olub. 2017-ci ildir və Azərbaycan təhsilində heç bir inkişafa nail olunmayıb. Məktəblərdə, liseylərdə, peşə məktəblərində, kolleclərdə, texnikumlarda, universitetlərdə rüşvət, tədrisin aşağı səviyyədə olması reallıqdır. Bundan nə qədər yazsan da, xeyri olmur. Nəticə də göz qabağında: imtahanda 10 min nəfər 100 bal toplaya bilməyib. 10 min bir böyük qəsəbənin əhalisi deməkdir. Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsil ictimaiyyətinin gözlədiyi müsbət yeniliklərin baş verməməsi də rəhbərliyin diqqətindən yayınmayıb. Təhsil ocaqlarında korrupsiya və rüşvət halları əvvəlki illərdəki kimi davam etməkdədir. Təhsil naziri də daxil olmaqla bir neçə nazir postu ilə vidalaşmalı olacaq. 


Mənbə:Ulus.az



Загрузка...
Həmçinin oxuyun:
Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"