Təhsil Şöbəsi: Jurnallar üçün satış və ya pul yığımı həyata keçirilmir
Abşeron rayon Təhsil Şöbəsi müəllimlərə müraciət edib.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, Təhsil şöbəsi müraciətdə bildirilib ki, Abşeron rayon ümumtəhsil məktəbləri sinif jurnalları, məktəbəhazırlıq qruplarının jurnalı, şəxsi iş, dərsdənkənar məşğələ jurnalları ilə tam pulsuz təmin olunublar.
"Müəllimlər sinif rəhbəri jurnalını istədikləri yerdən ala bilərlər. Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən heç bir adda satış və ya pul yığımı həyata keçirilmir", -deyə müraicətdə qeyd olunub.