AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Manşet 2 / Manşet
20 noyabr 2025
2 531

"İmişlidə bu məktəblərdə problemlər var" - Səyyad Aran

“İmişli rayon 1 saylı tam orta məktəbində ciddi sıxlıq var”.

AzTehsil.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Səyyad Aran deyib.

Deputat bildirib ki, İmişlinin Asya hissəsində yerləşən məktəb əhalinin ən sıx məskunlaşdığı ərazidədir və burada gündə orta hesabla 1500-ə yaxın şagird dövriyyəsi olur:

“238 otağı və yaxşı infrastrukturu olsa da, məktəb saat 8-dən axşam 18:00-a qədər tam yüklənmiş vəziyyətdə çalışır. Hətta iki növbənin öhdəsindən gəlməkdə çətinlik yaranır. Mən bir müddət əvvəl təklif etmişdim ki, modul tipli əlavə məktəblər salınsın, ibtidai siniflər əsas binadan çıxarılsın. Bu həm təhlükəsizliyə, həm də tədrisin keyfiyyətinə müsbət təsir edər”.

Səyyad Aran məktəbin təsərrüfat məsələlərinə də toxunaraq əlavə edib ki, binada çoxlu sayda köhnə masa, stul, şkaf və digər əşyalar var, lakin məktəb rəhbərliyi onları silinmə aktı olmadan inventardan çıxarmağa cəsarət etmir:

"Məktəbin rəhbəri ehtiyat edir ki, sonradan məsuliyyət məsələsi yarana bilər”.

Deputat daha iki təhsil müəssisəsinin, Çaxırlı və Bəhrəmtəpə-Hacırəbəbi kənd tam orta məktəblərinin vəziyyətinə toxunub. O, bu məktəblər üçün əvvəllər görülən işlərin mətbuatda əks olunduğunu xatırladaraq bildirib ki, hazırda onların ən böyük problemi stadion məsələsidir:

“Bəhrəmtəpə futbol məktəbi Azərbaycan futboluna Qaradağ klubunun və milli komandanın üzvü Bəhlul Mustafazadə kimi oyunçu bəxş edib. Bu regionda futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil. Stadionun mühafizəsinin təmin edilməsi, həmçinin cüzi inventar – bir neçə set formalar, 5–6 top, 2 qapı toru və digər avadanlıq verilsə, nəticələr daha yaxşı olar”.

Millət vəkili sonda qeyd edib ki, sözügedən problemlər böyük maliyyə tələb etmir, lakin onların həlli təhsilin keyfiyyətinə və şagirdlərin inkişafına ciddi təsir göstərəcək.

Həmçinin oxuyun:
TƏHSİL NAZİRLİYİ İLƏ BAĞLI GÖZLƏNİLƏN SƏRƏNCAM

TƏHSİL NAZİRLİYİ İLƏ BAĞLI GÖZLƏNİLƏN SƏRƏNCAM

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı