Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş şikayətinə edib
Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 087 vətəndaş müraciəti daxil olub.
Bu barədə AzTehsil.com- a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətlərin 12 531-i çağrı mərkəzləri, 2 316-sı elektron, 869-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 371 müraciət qeydə alınıb.
Bildirilib ki, müraciətlər olimpiada və müsabiqələr , eksternat imtahanı, direktorların işə qəbulu imtahanı, xarici diplomun təsdiqi və digər məsələlərlə bağlı olub.














