AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
14 noyabr 2025
1 272

Müəllimlərin yeni iş modeli əksər ölkələrdəkinə uyğundur



AzTehsil.com xəbər verir ki, dünən Milli Məclisdə elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin yeni iş rejimi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə müəllimlər arasında müxtəlif suallar doğurub. Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Azərbaycan müəllimi”nə açıqlamasında yeni model barədə fikirlərini bölüşüb və ictimaiyyətdə yaranan suallara münasibət bildirib.


O qeyd edib ki, müəllimin işi yalnız sinfə daxil olub dərs deməklə məhdudlaşmır və yeni model bu baxımdan əhəmiyyətli dəyişikliklərə şərait yaradır:

“Bu model, əslində, müəllimlərin iş yükünü daha səmərəli təşkil etməyə imkan verir. Bəzən müəllimlər düşünür ki, əlavə metodik və pedaqoji işləri evdə də etmək mümkündür. Amma müəllimin məktəb mühitində olması, prosesin bir parçası kimi fəaliyyət göstərməsi tamam fərqli nəticə verir”.


Şəmil Sadıqın sözlərinə görə, müəllimlərin daha uzun iş saatına keçidi ilə paralel maaş artımı nəzərdə tutulur və bu amil islahatın qəbul olunması baxımından önəmlidir. O bildirir ki, yeni model yalnız sertifikatlaşdırmada yüksək nəticə göstərmiş, peşəkarlığı təsdiqlənmiş müəllimləri əhatə edəcək:

“Burada əsas məqam odur ki, hər kəsin iş rejimi avtomatik olaraq 8 saata keçməyəcək. Keyfiyyətli müəllimin seçilməsi başlıca şərtdir. Bu, peşəkar müəllimlərin motivasiyasını artıran çox müsbət addımdır”.


Alim əlavə edib ki, hazırda bəzi müəllimlər həftədə cəmi 6–12 saat dərs deyir və buna uyğun olaraq çox aşağı əməkhaqqı alırlar. Yeni modeldə isə daha sabit dərs yükü, əlavə fəaliyyətlərin məktəbdə icrası, şagirdlərlə fərdi iş imkanlarının genişlənməsi nəzərdə tutulur:


“Bu dəyişiklik həm müəllimlərin inkişafına, həm də məktəb mühitinin ümumi keyfiyyətinə töhfə verəcək”.


O qeyd edib ki, yeni iş modeli dünyanın əksər ölkələrində tətbiq edilən məktəb rejiminə uyğundur. Bununla belə, o, məktəblərin hazırkı infrastruktur vəziyyətinə də diqqət çəkib:


“Müəllimlərin günün böyük hissəsini məktəbdə keçirməsi üçün şərait olmalıdır. Hazırda bir çox məktəblərdə müəllim otaqları azdır, infrastruktur zəifdir. Bu problemlər həll olunmadan model tam tətbiq edilə bilməz”.


Bunun repetitorluğa təsiri məsələsinə də toxunan Şəmil Sadıq vurğulayıb ki, yeni modelin birbaşa məqsədi repetitorluğun qarşısını almaq deyil. Amma məktəbdə əlavə dəstəyin artması müəyyən dərəcədə müsbət təsir göstərə bilər:


“Əsas məsələ odur ki, müəllim məktəbdə olduğu müddətdə vaxtını səmərəli istifadə etsin. Boş zaman keçirmə praktikasına yol verilməməlidir”.

Sonda o bildirib ki, proses mərhələli şəkildə həyata keçirilsə və maaş sistemi ədalətli qurulsa, yeni model müəllimlik peşəsinin nüfuzunu artıracaq:


“Yaxşı müəllim yaxşı maaş almalıdır. Əgər bu təmin edilərsə, müəllim başqa işə üz tutmayacaq, bütün diqqətini şagirdlərə yönəldə biləcək. Bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi dəstək alacaq”.





Həmçinin oxuyun:
Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi