Qabiliyyət imtahanı abituriyentlərə xəbərdarlıq edilmədən ləğv olundu - DİM-də biabırçılıq
Son günlərdə Dövlət İmtahan Mərkəzindən gələn şikayətlərin sayı artmaqdadır. Abituriyentlər DİM-in elektron xidmətlərindən də narazılıq edirlər.
Təhsil eksperti Kamran Əsədov DİM-in abituriyentlərə xəbərdarlıq edilmədən imtahanı ləğv edilməsindən gileylənib.
Ekspert bildirib ki, qabiliyyət tələb edən ixtisaslar üzrə komissiyadan qeydiyyatdan keçmək üçün 30 manat ödəniş tələb edilir. "Amma abituriyentlər pulu ödəməmiş imtahan vaxtlarını bilmir. Bir abituriyent 4-5 komissiyadan keçib, hərəsi üçün 30 manat ödəyib. Məlum olub ki, imtahan vaxtları üst-üstə düşür. Bu abituriyent eyni gündə, eyni saatda 4-5 komissiyada imtahanda iştirak etməlidir”.