AzTehsil.com


Xəbərlər / Abituriyent
26 iyul 2017
3 027


DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək



 

 
Dövlət İmtahan Mərkəzi (DİM) iyul ayının 29-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
 
Bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 124 nəfərini oğlan, 287 nəfərini qızdır. 372 abituriyent Azərbaycan, 39 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla "məqbul” və ya "qeyri-məqbul” ilə qiymətləndirilir.

"Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır” balla qiymətləndiriləcək.

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 300 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (150 sözdən) az həcmdə yazılmış inşalar da "sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

A24.Az



Загрузка...
Həmçinin oxuyun:
Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb