AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Manşet / Bölgə
28 oktyabr 2025
1 379

Müəllimin 8 saatlıq iş rejimi bizə nə vəd edər?



"Bu günlərdə müzakirə edilən məsələlərdən biri də müəllimlərin digər peşə sahibləri kimi məktəbdə müəyyən olunmuş iş rejimi - yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması fikridir. Bilməyənlər üçün qeyd edim ki, hazırda ölkəmizdəki ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı".

 

AzTehsil.com xəbər verir ki, bu barədə təhsil texnoloqu, dosent Şəmil Sadiq danışıb.

 

Onun sözlərinə görə, əslində, bu iki mexanizm hüquqi cəhətdən fərqli olsa da, faktiki fəaliyyət forması baxımından demək olar ki, eynidir:

 

"Yəni istər ştatda, istərsə də saathesabı çalışan müəllimlər yalnız dərs saatlarında məktəbdə olur, dərslərini deyib gedirlər. Təəssüflər olsun ki, bu gün biz müəllim əməyini çox zaman sinifdə keçilən 45 dəqiqəlik dərs vahidi ilə ölçürük. Halbuki bir 45 dəqiqəlik dərs üçün ən azından iki 45 dəqiqə də o dərsin hazırlanması, qiymətləndirilməsi ayrılmalıdır. Doğrudur, burada maaş hesablamasında müəyyən fərqlər var, lakin işin təşkili, pedaqoji prosesə sərf olunan vaxt baxımından fərq demək olar ki, yoxdur. Təbii ki, bu yanaşma tətbiq edilərsə, ilk etiraz edənlər elə müəllimlər olacaq. Axı, gündə 3 saat dərs deyib getmək əvəzinə, gündə 8 saat məktəbdə qalmaq tələb olunacaq. Bu heç də ürəkaçan deyil".

 


 

Maraqlıdır, bu, baş tutarsa, təhsilimizə nə verə bilər? Bu zərurət haradan yaranır?

 

Təhsil texnoloqu qeyd edib ki, ilk və əsas təsir sözsüz, təhsilin keyfiyyətində olacaq:

 

"Əgər bu sistem düzgün tətbiq olunarsa, bu, təhsilin keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm bir addım ola bilər. Gəlin, bir anlıq təsəvvür edək ki, müəllimlər məktəbdə gündə 8 saat olur. Onların orta hesabla həftəlik 18 saat (24 iş gününə 72 saat deməkdir) dərsi varsa, bir ay ərzində 24 iş gününə görə ümumi 192 saat məktəbdə olacaqlar. Bunun cəmi 72 saatı dərs, qalan 120 saatı isə məktəbdaxili pedaqoji fəaliyyət, metodik iş və tərbiyəvi proseslərə sərf olunacaq.

 

Bəli, ən vacibi bu 120 saatın necə doldurulacağıdır. Əgər bu zaman daxili metodik inkişaf planı, təlimlər, müəllimlərarası dərs dinləmələri, layihələr üzərində iş, fasiləsiz peşəkar inkişaf və məktəbdaxili tədqiqat fəaliyyətləri ilə düzgün proqramlaşdırılsa, bu, müəllimin bilik və bacarıqlarının sistemli şəkildə yenilənməsinə səbəb olacaq. Hazırda isə metodkabinetlərin fəaliyyəti, təəssüf ki, əsasən rəsmi sənədləşmə ilə məhdudlaşır. Halbuki metodbirləşmələr tez-tez dərs dinləməli, müzakirələr aparmalı, yeni pedaqoji tendensiyalar (differensial təlim, formativ qiymətləndirmə, layihə əsaslı öyrənmə və s.) üzrə daxili təlimlər təşkil etməlidirlər. Lakin bu işlər çox zaman həyata keçirilmir, çünki “Dərsim yoxdur”, deyib məktəbə gəlməyən müəllimlə pedaqoji cəmiyyət yaratmaq mümkün deyil.

 

Bu gün tədris planlarında nəzərdə tutulan dərsdənkənar fəaliyyətlər və dərnəklər hazırda çox zaman formal xarakter daşıyır, bəzən isə ümumiyyətlə, həyata keçirilmir. Düşünürəm ki, yeni sistemlə bu fəaliyyətlər real məzmun qazana bilər. Müəllimlər məktəbdə olduqları vaxt ərzində bu dərsdənkənar saatlar hesabına şagird klublarını idarə edə, sosial layihələr apara, əlavə dərslər və mentorluq görüşləri təşkil edə bilərlər. Bu, həm müəllimin əlavə gəlir imkanını təmin edər, həm də dövlət büdcəsindən ayrılan vəsaitin məhsuldar istifadəsinə şərait yaradar.

 

Şagird davranışlarına təsir isə birmənalı olaraq yaxşı mənada dəyişəcəyinə əminəm. Müəllimlərin məktəbdə daha çox olması, şagirdlərlə emosional və sosial əlaqə qurmaq imkanını artıracaq. Hazırda bu yük əsasən sinif rəhbərlərinin üzərinə düşür. Halbuki uşağın məktəb mühitində davranış və münasibətinin formalaşması üçün bütün müəllimlərin tərbiyəvi prosesə cəlb olunması zəruridir. Bu yanaşma şagirdlərdə məktəbə bağlılıq hissini gücləndirəcək, geridə qalan şagirdlərlə fərdi iş aparmağa, tərbiyəvi söhbətlərə və klub fəaliyyətlərinin təşkilinə real imkan yaradacaq. Bu sistemin ən mühüm nəticələrindən biri də müəllimin paralel məşğulluq (repetitorluq) zərurətindən xilas olması ola bilər. Əgər əməkhaqqı optimallaşdırılsa, müəllim dərsini bitirib dərhal “başqa qazanc dalınca” getmək məcburiyyətində qalmaz. Hazırda bəzi müəllimlər sadəcə formal olaraq məktəbdə “ad saxlamaqla” paralel hazırlıqla məşğul olur, digərləri isə bütün yükü daşıyır. Yeni yanaşma əmək bölgüsündə ədalət prinsipini də bərpa edə bilər. Bir sözlə, əgər müəllim 8 saat məktəbdə olarsa, rəsmi sənədləşmə, qiymətləndirmə, planlaşdırma və hesabat işləri üçün də vaxt ayrılmış olacaq. Beləliklə, müəllimlərin ən çox şikayət etdikləri “vaxt çatışmazlığı” problemi də qismən aradan qalxar.

 

Bu gün bizim üçün müzakirə obyektinə çevrilən bu mövzu əslində olmalı olandır. Bu məqsədlə də, bir neçə beynəlxalq təcrübədən gətirdiyim nümunələrlə sizləri tanış etmək istərdim:

 

-Finlandiyada müəllimlər dərsdən sonra məktəbdə qalaraq dərs analizi, layihə müzakirələri və fərdi şagird dəstəyi ilə məşğul olurlar. Orada “teacher as researcher” prinsipi əsasdır.

 

-Sinqapurda hər müəllimin həftəlik 5-6 saatı yalnız peşəkar öyrənmə görüşlərinə həsr olunur.

 

-Cənubi Koreyada müəllimlər 8 saatlıq iş rejimində məktəbdə olur, lakin bu vaxtın yalnız 40%-i dərs, qalan hissəsi pedoqoji planlaşdırma, tədqiqat və qiymətləndirmə işlərinə sərf edilir.

 

-Estoniyada müəllimlərin gündəlik məktəbdə olması həm rəqəmsal idarəetməni, həm də şagird monitorinqini asanlaşdırır.

 

Bu nümunələri görən, bilən hər bir müəllimin də verdiyi ilk sual bu olacaq, "Bəs orada müəllimin maaşı necədir? Verilən cavab isə sözsüz ki, müəllimi haqlı çıxarır. Düşünürəm ki, bu da təhsilimizdə gecikmiş hadisədir, əgər ideyanın üzərində işlənib, təkmilləşdirilsə və tətbiq edilərsə, qısa müddətdən sonra, hər birimiz buna alışacağıq və təhsilimizdə inkişafı görəcəyik. Ən azından bu gün ölkəmizdə fəaliyyət göstərən özəl məktəblərin məhz bu prinsiplə işləməsi hər kəsə bəllidir.

 

Əgər bu sistemin məqsədi müəllimi məcbur etmək deyil, onu məktəbin intellektual və sosial həyatının mərkəzinə çevirməkdirsə, alqışlayır və dəstəkləyirəm. Müəllim məktəbdə nə qədər çox zaman keçirirsə, onun pedaqoji refleksiyası, yaradıcılığı, təhsil mühitinə təsiri bir o qədər artmış olar. Bir daha vurğulamaq istərdim ki, 8 saatlıq iş rejimi ədalətli əməkhaqqı, düzgün planlaşdırma və mədəni dəyişiklərlə müşayiət olunarsa, bu, təkcə müəllim peşəsinin nüfuzunu deyil, bütövlükdə Azərbaycan təhsilinin keyfiyyətini yüksəldəcək". 



Həmçinin oxuyun:
Metodbirləşmələr

Metodbirləşmələr

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Peşə məktəbləri və liseyləri ilə bağlı yeni QƏRAR

Peşə məktəbləri və liseyləri ilə bağlı yeni QƏRAR

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Müasir dərs necə olmalıdır?

Müasir dərs necə olmalıdır?

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?