Müəllimlər üçün peşəkar təlim keçiriləcək ! - ELAN
AzTehsil.com xəbər verir ki, EduTime Təhsil və İnkişaf Mərkəzi beynəlxalq tərəfdaşlarla birgə müəllimlər üçün peşəkar inkişaf təlimləri təşkil edir!
Təlimin tərəfdaşları:
İstanbul Aydın Universiteti
Kıbrıs Aydın Universiteti
Təlim mövzuları:
Təhsil psixologiyası və şagirdlərin motivasiyası
– Müəllim-şagird davranışlarını anlamaq, düzgün ünsiyyət qurmaq, şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə alaraq onları dərsə maraqlandırmaq və motivasiya etmək yolları.
Effektiv dərs planlaşdırılması və vaxtın idarə olunması
– Müəllimlər dərsləri daha sistemli qurmağı, vaxtı düzgün bölməyi və öyrənmə prosesini məhsuldar təşkil etməyi öyrənirlər.
Qiymətləndirmənin yeni yanaşmaları
– Şagird nailiyyətlərinin izlənməsi, formativ və summativ qiymətləndirmənin səmərəli üsulları.
Təhsildə süni intellektin tətbiqi
– Müasir AI alətlərindən istifadə edərək dərslərin daha maraqlı təşkili, müəllimlərin iş yükünün azaldılması və fərdi yanaşmanın gücləndirilməsi.
Təlimlər online formada beynəlxalq ekspertlərin iştirakı ilə baş tutacaq. Təlimlər ödənişlidir.
İştirakçılara sertifikat təqdim olunacaq.
Qruplar üzrə son qeydiyyat tarixi: 15 oktyabr 2025
Platforma: Online (Zoom / MS Teams)