Şirvan-Salyan Regional Təhsil İdarəsi vakansiya elan edir
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, məktəb psixoloqu vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.
AzTehsil.com xəbər verir ki, müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 30 sentyabr-2 oktyabr tarixlərində tələb edilən sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil haqqında sənədin və əmək kitabçasının surəti, gənclərin çağırışaqədərki hazırlığı rəhbərivəzifəsi üzrə isə qeyd olunan sənədlərlə yanaşı, hərbi biletin surəti (yazılı hissələrinin), Qarabağ müharibəsində iştirakı və sosial statusu ) iş günləri ərzində saat 10:00-dan 17:00-dək yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin namizədlər qeyd olunmuş https://docs.google.com/spreadsheets/d/1HCuekThDtR5WGUnOP0LIHyBTSTAocxkR/edit?gid=641567509#gid=641567509 linkə daxil olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.
Vəzifələr üzrə namizədlərə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürə uyğun suallar təqdim ediləcək.
Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://docs.google.com/document/d/1uPgIC6RIMgyVCzdmkP9m3yWa4Z1GOnzDF1CNGiF3RIY/edit?tab=t.0
İmtahanın dəqiq vaxtı idarənin sosial media hesabında elan ediləcək.