Hər şey o gün oldu - MƏZUN ŞƏHİD
AzTehsil.com xəbər verir ki, bu gün Şəhid Altun Əliyev Tağı oğlunun 2-ci il dönümüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili qoşunlarının hərbi qulluqçusu Əliyev Altun, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.Vətənin bütövlüyündə məktəb şagirdimizin qəhrəmanlığı.
26 sentyabr 2024-cü il tarixdə 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş məzunumuz Əliyev Altun Tağı oğlunun il mərasimi keçirilmişdir. Şagirdlərimiz ilə birlikdə il mərasimində iştirak etdik.
Tərcümeyi-hal:
Altun Tağı oğlu Əliyev 2002-ci ilin mart ayının 24-də Quba rayonunun Təngəaltı kəndində dünyaya gəlib. Quba rayonu, Təngəaltı kənd orta məktəbində təhsil alıb.
Bakı Avrasiya Universitetini bitirib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Daxili qoşunlarının hərbi qulluqçusu Altun Əliyev, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
Qəhrəman əsgər Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 19-da Ağdərə ərazisindəki hərbi əməliyyat zamanı şəhid olub. Quba rayonu, Təngəaltı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
Ailə tərkibi
Atası: Əliyev Tağı Hüseynbala oğlu
Anası: Əliyeva Xalidə Rəhman qızı
Qardaşı : Əliyev Altay Tağı oğlu
Haqqında deyilənlər..
Ailə üzvlərinin bildirdiyinə görə Altun çox mehriban, ailəcanlı, vətənini sevən biri idi. Oxuduğu kənd məktəbində müəllimlərinin və şagird yoldaşlarının sevimlisi olub. Altunun dostları çox idi. Oxuyub, ali savadlı peşəkar hərbiçi olmaq arzusu var idi.