Azərbaycanlı alimlər Stanford/Elsevier Top 2% siyahısına daxil edilib
AzTehsil.com- n əldə etdiyi məlumata görə Radiasiya Problemləri İnstitutunun üç gənc alimi – fizika üzrə fəlsəfə doktoru Günel İmanova, fizika elmləri doktoru Elçin Hüseynov və fizika elmləri doktoru Mətləb Mirzəyev – 2025-ci ildə nəşr etdikləri elmi işlərin və onlara edilən istinadların keyfiyyət və kəmiyyət göstəricilərinə görə Stanford Universiteti və Elsevier nəşriyyatının birgə hazırladığı “Top 2% Scientists” siyahısına daxil edilib.
Alimlərin tədqiqatları materiallara müxtəlif növ şüalanmanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərə, o cümlədən nanozərrəciklərin radiasiya-implantasiyası və heterogen sistemlərə radiasiyanın təsiri ilə hidrogenin yaranma kinetikasının öyrənilməsinə həsr olunub. Bu sahədə əldə edilən nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.![]()
Qeyd edək ki, E.Hüseynov və M.Mirzəyev son illər dəfələrlə bu siyahıya daxil ediliblər.














