AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
14 sentyabr 2025
839

"Müəllimlik peşəsi saatla deyil, məsuliyyətlə ölçülür"



"Müəllimlik peşəsi saatla deyil, məsuliyyətlə ölçülür"

"Müəllimlik peşəsi yalnız iş vaxtı ilə deyil, ictimai məsuliyyət və gələcək nəslin formalaşdırılmasındakı rolu ilə də ölçülür".


AzTehsil.com məlumatına görə bu sözləri "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva qeyd edib.


Onun sözlərinə görə, müəllimlik sadəcə saat hesabı ilə ölçülən bir iş deyil:"Emin Əmrullayevin dediyi kimi, “həftədə 4–5 saat dərs deyən də müəllim adlanır, 32 saat dərs deyən də müəllim adlanır” yanaşması əslində müəllim peşəsinin mahiyyətini kiçildən, ictimai hörmətini zədələyən bir ifadədir.


Müəllim dərsdə keçirdiyi vaxtdan əlavə, dərsə hazırlaşır, qiymətləndirir, metodiki materiallar hazırlayır, valideynlərlə işləyir, öz üzərində çalışır. Yəni “həftədə 4 saat dərs” reallıqda yalnız auditoriya vaxtıdır, müəllimin əməyinin tam göstəricisi deyil. İkincisi, bu cür yanaşma təhsil sistemindəki əsas problemi vakansiyaların azlığını, müəllimlərin qeyri-bərabər dərs bölgüsü kimi məsələləri xatırlatmaqla yanaşı, düzgün idarəetmə prinsiplərini də kölgədə qoyur.


Əgər kimsə 4-5 saat dərs aparırsa, bu onun günahı deyil, məktəbin dərs bölgüsünü düzgün planlaşdırmamasıdır. Bu halda müəllimə “yarımçıq peşə sahibi” kimi baxmaq ədalətsizlikdir. "Müəllim" adlandırılan o şəxslər Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan ali təhsil müəssisələrində müəllim ixtisasına yiyələniblər, işə qəbul olunublar və təhsilə də az ya çox öz töhfələrini veriblər.


Üçüncüsü, müəllimlik “səhərdən axşama qədər iş vaxtı olan” bir sahə ilə müqayisə edilə bilməz. Çünki müəllim yalnız fiziki dərs saatı ilə ölçülmür, onun zehni və yaradıcı əməyinin dəyəri var. Bu fikirlər, müəllimlərin sosial statusunu aşağı salmaqla yanaşı, gənc nəslin də müəllim peşəsinə marağını azaldacaq.


Ona görə də, hörmətli nazirin fikirlərinə hörmətlə yanaşsaq da, cəmiyyətə belə mesajların verilməsi düzgün deyil. Müəllim az dərs də apara bilər, çox da. Amma müəllimlik peşəsi eyni dərəcədə qiymətli və məsuliyyətlidir.


Müəllimlik peşəsi yalnız iş vaxtı ilə deyil, ictimai məsuliyyət və gələcək nəslin formalaşdırılmasındakı rolu ilə də ölçülür. Ona görə də təhsil sahəsində rəhbər şəxslərin bu mövzuda açıqlamalarında daha həssas və peşənin nüfuzunu qoruyan yanaşma sərgiləməsi arzuolunandır".



Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Dərsə verilən müasir tələblər

Dərsə verilən müasir tələblər

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün