Şagirdlərə 306 min dərslik paylanacaq
Şagirdlərə 306 min dərslik paylanacaq .
AzTehsil.com- n əldə etdiyi məlumata görə, 2025-2026-cı tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinə 214 adda 306 199 nüsxə dərslik paylanılacaq.
Bildirilib ki, şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün müvafiq dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək.
Şagird və valideynlərin nəzərinə o da çatdırılıb ki, mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.