AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
10 sentyabr 2025
1 052

DİM-də GRE imtahanı KEÇİRİLƏCƏK




ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2025-ci il sentyabrın 12-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.


AzTehsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.


İmtahan saat 09:00-da başlanır.


GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.