AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Abituriyent / Bakalavr / Manşet / Bölgə
28 may 2025
852

DİM-də GRE imtahanı keçiriləcək



ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2025-ci il mayın 30-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.


AzTehsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat yayıb.


İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.


İmtahan saat 09:00-da başlanır.


GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.



Həmçinin oxuyun: