Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzində aprelin 9-da TOEFL iBT imtahanı keçiriləcək.
ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 9 aprel 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalanmış şəkildə gətirməlidir.
İmtahan saat 9:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Sabah DİM-də TOEFL iBT imtahanı keçiriləcək

DİM TOEFL IBT imtahanı keçirəcək

DİM: 19 nəfər TOEFL iBT imtahanı verib

DİM-də sabah imtahan keçiriləcək

DİM-də GRE: General Test imtahanı keçiriləcək

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

DİM: TOEFL imtahanında 9 nəfər iştirak edib

GRE imtahanında iştirak üçün qeydiyyat davam edir

DİM 5 dekabrda SAT imtahanları keçirəcək

SAT imtahanı keçiriləcək

Sabah növbəti SAT imtahanı keçiriləcək

Növbəti TOEFL imtahanı keçiriləcək

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

DİM-də SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan dili üzrə imtahan yeni modelə uyğun keçiriləcək

DİM 20-21 avqustda imtahan verəcək abituriyentlərə müraciət etdi

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!