Təhsil kreditinə bu universitetlərin tələbələri müraciət edir - SİYAHI
Təhsil Tələbə Krediti Fondu 24 iyul tarixindən 2025-2026-cı tədris ilinin payız semestri üzrə müraciət dövrünü açıq elan edib.
AzTehsil.com payız semestri üçün müraciətlərin açıq elan olunduğu tarixindən etibarən bu günə qədər rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan tələbələrin hansı ali təhsil müəssisələrinin tələbələri olduğuna dair məlumat əldə etmək üçün Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb:
Sorğumuza cavab olaraq Fonddan bildirilib ki, TOP 5 ali təhsil müəssisəsi üzrə rəsmiləşən TTK müraciətləri aşağıdakılardır:
1) Azərbaycan Dövlət İqtisad Universiteti – ümumilikdə 427 rəsmiləşmə - 80 sosial TTK müqaviləsi, 347 standart TTK müqaviləsi;
2) Azərbaycan Texniki Universiteti – ümumilikdə 261 rəsmiləşmə - 46 sosial TTK müqaviləsi, 215 standart TTK müqaviləsi;