AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
25 avqust 2025
966

Bu tələblərə ŞAD XƏBƏR

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Lakin təhsil haqlarının yüksək olması  bir çox ailələr üçün ciddi maliyyə yükü yaradır. Bu durumda tələbələrin üz tutduğu əsas çıxış yolu isə Tələbə Təhsil Kredit Fondudur.  Bəs  burada təqdim edilən  kreditlərin şərtləri necədir? Kreditin məbləği və faiz dərəcəsi necə müəyyən olunur? Fond tərəfindən  təhsil haqqının hamısı qarşılanırmı? Ödəniş müddəti və güzəştlər hansı qaydada tətbiq edilir? Təhsil krediti almaq üçün tələbə nə qədər bal toplamalıdır?

 AzTehsil.com- n əldə etdiyi məlumata görə sorğuyq cavab olaraq  Tələbə Təhsil Krediti Fondundan (TTKF) bildirilib ki, 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər birinci tədris ilinin ilk semestrindən etibarən təhsil tələbə kreditilərindən yararlanmaq imkanı əldə edirlər. Tələbələrə illik 2% və 6% olmaqla sosial və standart növ təhsil tələbə kreditləri təqdim olunur . Sosial TTK (illik 2%) almaq üçün tələbənin bir sıra sosial statusları olmalıdır. 

Tələbəyə münasibətdə: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olanlar, 3-cü qrup əlilliyi olanlar, ailə başçısını itirməyə görə sosial müavinət və ya əmək pensiyası alanlar.

Valideyninə münasibətdə isə, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri: 1 və ya 2-ci qrup əlilliyi varsa, işsiz kimi rəsmi qeydiyyatlıdırsa, yaşa görə sosial müavinət və ya əmək pensiyası alırsa, ailə başçısını itirməyə görə pensiya alırsa, valideynlərdən birinin 1-ci qrup əlilliyi varsa, digər valideyn ona qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alandırsa, azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsdirsə, qeyd olunan şərtlərdən yalnız biri kifayət edir ki, tələbə sosial növ təhsil tələbə kreditindən yararlana bilsin.

Fonddan verilən məlumata görə, sosial növ təhsil tələbə kreditindən yararlanmaq hüququ əldə edə bilməyən tələbələr standart növ təhsil tələbə krediti (illik 6 %) üçün müraciət edə bilərlər. Bu zaman tələbənin bəzi qeyd olunan şərtləri ödəməsi zəruridir.

Belə ki, tələbə illik təhsil haqqının ən azı 20 faizini özü ödəməlidir. İlk tədris ilinin ilk semestrində tələbənin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal, Fondun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş minimum bal həddinə uyğun olmalıdır. Bakalavriat səviyyəsi üçün bu minimal bal həddi 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 100 baldır. Növbəti semestrlərdə tələbənin təhsil tələbə kreditindən yenidən yararlana bilməsi üçün onun akademik borcu olmamalı və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) ən azı 71 bal olmalıdır.

Qurum qeyd edib ki, subbakalavrdan bakalavriat səviyyəsinə qəbul olunan tələbələr birinci semestrdə yalnız sosial növ TTK-dan yararlana bilirlər. Onlar standart növ TTK-dan yalnız ikinci semestrdən etibarən – əvvəlki semestr üzrə akademik borcları olmadıqda və ÜOMG-si 71 bal və ya daha yüksək olduqda faydalana bilərlər.

Məlumatda həmçinin qeyd edilib ki, təhsil haqlarının qarşılanması üçün təhsil tələbə kreditləri üzrə tələbə hər semestr üçün ayrı-ayrılıqda müraciət etməlidir.

İlk semestr üçün müraciət zamanı sosial növ təhsil krediti üçün qeyd olunan sosial statuslar, standart növdə isə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda qeyd olunan şərtlər əsas götürülür. Tələbənin növbəti semestr üçün də kreditdən yararlana bilməsi üçün akademik borcu olmamalı və ÜOMG-si 71 baldan yuxarı olmalıdır.

Qurum əlavə edib ki, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarına əsasən, kreditə görə faizlərin hesablanması və qaytarılmasında təhsil nəticələrindən asılı olaraq müəyyən güzəştlər tətbiq olunur. Belə ki, Sosial növ TTK üzrə ÜOMG-si 71 bal və daha yüksək olan, standart növ TTK üzrə isə ÜOMG-si 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdükləri kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün semestrlərdə ÜOMG-si 91 bal və yuxarı olan tələbələr sosial TTK üzrə aldıqları məbləğin 50 faizi, standart TTK üzrə isə 25 faizi geri ödənişindən azad olunurlar.

Son olaraq bildirilib ki, təhsil tələbə kreditlərinin qaytarılması üçün tələbəyə məzun olduqdan sonra 2 il müddət verilir. Bu müddət “güzəşt dövrü” adlanır və bu dövrdə tələbədən TTK-nın geri qaytarılması tələb olunmur və götürdüyü kreditə faizlər hesablanmır. Tələbə bu dövr ərzində əmək fəaliyyətinə başlayarsa, müvəkkil bank tərəfindən təqdim olunan ödəniş qrafikinə əsasən 10 il müddəti ərzində kreditin geri ödənişi mərhələsi başlayır.

Həmçinin oxuyun:
100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Tələbələrə 53 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

Tələbələrə 53 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir