İnstitut əməkdaşının yeni kitabı nəşr olunub
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Samirə İmaməliyevanın “Nadir torpaq elementlərinin 13-15 qrup elementləri ilə telluridləri” monoqrafiyası rus dilində nəşr olunub.
AzTehsil.com xəbər verir ki, İnstitutdan bildirilib ki, monoqrafiyada nadir torpaq elementlərinin Dövri Sistemin 13-15 qrup elementləri ilə nadir torpaq metallarının əmələ gətirdiyi üçlü və daha mürəkkəb tellurid fazaları haqqında mövcud ədəbiyyat məlumatları sistemləşdirilib və təhlil edilib.
Müəllif binar, üçlü və daha mürəkkəb telluridlərin sintez üsulları haqqında geniş məlumat verib, göstərilən birləşmələrdən təşkil olunmuş sistemlərin faza diaqramlarını, aralıq fazaların kristallokimyəvi və fiziki-kimyəvi xassələrini təqdim və şərh edib.
Monoqrafiya nadir torpaq elementləri əsasında mürəkkəb xalkogenidlərin tədqiqi ilə məşğul olanlar üçün faydalı olacaq.