Qubalı şagirdlərdən böyük UĞURU
Qubalı şagirdlərdən böyük uğur qazanıblar.
Qubalı şagirdlər “SASMO 2025” riyaziyyat olimpiadasında uğur qazanıblar.
AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhər Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri Yusif Abdullayev gümüş, Fərrux Ağayev isə bürünc medalla təltif olunublar.
Onu da qeyd edək ki, 2006-cı ildə yaradılan Singapore & Asian Schools Math Olympiad (SASMO) Asiyanın ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu olimpiada şagirdlərin məntiqi təfəkkürünü və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.