Müəllimlərin sayı getdikcə AZALIR
Müəllimlərin sayı getdikcə azalır.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin sayında son olaraq azalma müşahidə olunur.
AzTehsil.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat əldə edir.
Bildirilib ki, 2022/2023-cü dərs ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər olub.
Cins bölgüsünə nəzər salsaq, qadın müəllimlərin sayında azalma daha çox hiss olunur. Belə ki, 2022/2023-cü ildə 124 293 nəfər qadın müəllim çalışırdısa, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə yüksəlib, lakin 2024/2025-ci ildə 120 633 nəfərə enib.
Kişi müəllimlərin sayında da azalma alınıb. 2022/2023-cü ildə 27 341 nəfər müəllim olduğu halda, bu il 2023/2024-cü ildə 26 028 nəfərə, 2024/2025-ci ildə 25 748 nəfərə enib.
Beləliklə, son üç tədris ili ərzində ümumi təhsil müəssisələrində həm qadın, həm də kişi müəllimlərin sayında azalma müşahidə olunur.