Prezidentin Sərəncamına uyğun olaraq ...- ƏTRAFLI
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizin 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib.
AzTehsil.com xəbər verir ki, iclasda Strategiya layihəsinin hazırlanması ilə əlaqədar İşçi qrupu tərəfindən aparılan işlər, qarşıda duran vəzifələr, təqdim edilən təkliflər müzakirə olunub.