Ölkəmizdə 3-cü Peşələr Festivalı KEÇİRİLƏCƏK
Ölkəmizdə 3-cü Peşələr Festivalı keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə üçüncü dəfə Peşələr Festivalı keçiriləcək.
AzTehsil.com məlumat verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə baş tutacaq festivalın əsas məqsədi düzgün peşə seçimi barədə məlumatlılığı artırmaq, iştirakçılarda müxtəlif peşələr haqqında əyani təsəvvürlər yaratmaqdır.
Festival aşağıda qeyd edilən şəhər və rayonlarda keçiriləcək:
Astara – 17 sentyabr
Biləsuvar – 19 sentyabr
Tovuz – 22 sentyabr
Göygöl – 24 sentyabr
Ağdam – 29 sentyabr
İmişli – 1 oktyabr
Ağsu – 3 oktyabr
Qəbələ – 6 oktyabr
Ağdaş – 8 oktyabr
Xaçmaz – 13 oktyabr