Kənd məktəblərində təhsil alanların sayı açıqlanıb
2024/2025-ci təhsil ili üzrə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı məlum olub.
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində məlumat verilib.
Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə şəhərlərdə ümumi orta təhsil müəssisələrində 1 098.4 min, kəndlərdə isə 596.7 min nəfər olub.
Qeyd edək ki, əvvəlki tədris ilində bu göstərici şəhərlərdə 1 095.1 min, kəndlərdə isə 609.1 min olub.