Çoxluq təşkil edən fənn müəllimləri BUNLARDIR
Ölkədəki ümumtəhsil müəssisələrində hansı fənlər üzrə müəllimlərin daha çox olduğu açıqlanıb.
AzTehsil.com xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, dövlət və qeydi-dövlət ümumtəhsil müəssilərində ən çox müəllim Azərbaycan dili və ədəbiyyat fənni üzrə çalışır. Onlaın sayı 15 minə yaxındır.
Sonrakı yerdə riyaziyyat müəllimləri gəlir – 13 500-ə yaxın.