Lisey siniflərinə qəbul imtahanı KEÇİRİLİB
-Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin lisey siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib.İmtahanlar Şirvan şəhəri Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey, Salyan şəhər Aşıq Pənah adına adına humanitar fənlər təmayüllü 1 nömrəli məktəb-lisey və Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseylərdə təşkil edilib. AzTehsil.com xəbər verir ki, İmtahanda şagirdlər Azərbaycan dili, riyaziyyat fənləri üzrə təqdim edilmiş sualları cavablandırıblar. Lisey siniflərinə qəbul imtahanında ümumillikdə 276 nəfər şagird iştirak edib. Bütün şagirdlərə uğurlar arzu edirik.