Bu fənn müəllimlərinin sayı AZALDILMALIDIR
_Müəllimlərin işə qəbulu üzrə 2 minə yaxın vakant yer hələ də tutulmamış qalıb. Bu vakant yerlər isə növbəti turda müsabiqəyə təqdim olunmayacaq.Bəs boş qalan yerlərə müəllimlərin cəlb olunma prosesi necə həyata keçiriləcək? AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan deputat Ceyhun Məmmədov məsələnin hazırda sosial mediada da ətraflı müzakirə olunduğunu bildirib.Yanaşma vəziyyətə uyğun olmalıdır.Hazırda bəzi sahələrdə çoxlu sayda müəllim var, lakin onlar iş tapa bilmir və nəticədə dövlətə və nazirliyə qarşı narazılıq artır. Xüsusilə bu il müəllimlər tərəfindən ciddi narazılıqlar və kəskin reaksiyalar müşahidə olunur.Bu səbəbdən düzgün proqnozlaşdırma və planlaşdırma aparılmalıdır ki, belə anlaşılmazlıqların qarşısı alınsın. Əks halda, narazılıqlar daha da artacaq və insanların şikayətləri çoxalacaq. Nazirlik hər bir məsələ ilə bağlı geniş və ətraflı açıqlama verməlidir ki, nə çaşqınlıq, nə də narazılıq yaransın".