Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib. AzTehsil.com xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat yayıb.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.