2300 manat rüşvət alan bağça müdiri...
AzTehsil.com - xəbər verdiyimiz kimi, bağça müdiri 2300 manat rüşvət alıb.
Ağdam rayonunda rüşvət almaqda təqsirləndirilən bağça müdirinə hökm oxunub.
Rayonun Dördyol-2 qəsəbə uşaq bağçasının müdiri Kəmalə Quliyeva tanışından 2300 manat rüşvət alaraq onu rəhbərlik etdiyi müəssisəyə ocaqçı vəzifəsinə götürəcəyini bildirib.
Ancaq ocaqçı vəzifəsinə başqa şəxs təyin edildiyi üçün bağça müdiri vədini yerinə yetirməyib. O, aldığı pulun 900 manatını qaytarıb, qalanını isə sonra qaytaracağına söz verib. Ancaq pulu qaytarmadığı üçün tanışı bağça müdirindən prokurorluğa şikayət edib.